Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, "Qəbələ" martın 13-də meydana çıxacaq.
 
"Qırmızı-qaralar" turun ikinci oyun günündə "Zirə" ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma iki rəqib arasında ümumilikdə 28-ci duel kimi tarixə düşəcək. Əvvəlki 27 qarşılaşmada 10 qələbə qazanan "Qəbələ" 12 heç-heçə edib və 5 dəfə məğlub olub. Rəqib qapısına 36 qol vuran "Qəbələ" 24 top buraxıb. "Qırmızı-qaralar"ın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. 
 
İndiyədək keçirilən 27 görüşdən 25-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 8 dəfə rəqibini üstələyən "Qəbələ" 12 matçdan 1 xalla ayrılıb. Digər 5 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 29 qol vuran "qırmızı-qaralar" 22 top buraxıb.
 
"Qəbələ" 13-cü dəfə "Zirə"ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 7 sülhə imza atıb və yalnız bir dəfə uduzub. Doğma divarlar arasında 19 qol vuran "Qəbələ" 10 top buraxıb.
 
Xatırladaq ki, martın 13-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Zirə" matçına saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest