Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Neftçi" - "Səbail" oyununda "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
"Qarabağ" - "Qəbələ" oyununda "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. "Qəbələ"nin azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər "Qəbələ" klubu tərəfindən qarşılanmalıdır.
 
"Keşlə" - "Sabah" oyununda "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. "Sabah"ın məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub. "Sabah"ın qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest