Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında "Səbail"lə "Keşlə" komandaları üz-üzə gəlib. Qonaqlar bu oyunda darmadağına imza atıblar. Günün digər matçı isə "Sabah"la lider "Qarabağ" arasında baş tutub. Bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.

Sabah "Qəbələ" "Zirə"ni, "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
12 mart

"Səbail" – "Keşlə" 0:3
Qol: P.Azadov, 17. R.Hacıyev, 21. T.Vəlizadə, 90+5.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu.
Bakı. "ASCO Arena", 16:45.

Səbail: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 39. Tural Bayramlı, 34. Yurgen Qoxa, 30. Camal Araqo 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov.
Baş məşqçi: Aftandil Hacıyev.
Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 6. Franko Flores, 13. Pərviz Azadov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 5. Kərim Diniyev, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov.
Baş məşqçi: Sənan Qurbanov.

"Sabah" – "Qarabağ" 0:1
Qol: A.Zubir, 30.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov.
Masazır. "Bank Respublika Arena", 19:00.

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 26. Tiemoko Fofana, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustəm Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriges, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 99. Hiqor Qabriel, 21. İldar Ələkbərov, 19. Kamran Quliyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.
Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest