12 Mart 2022, 14:11
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
	Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
	Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.
	Martın 13-də keçiriləcək "Neftçi" - "Sumqayıt" matçına saat 18:15-də start veriləcək.
				
         	
                                             
               
            
 










