"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyun haqqında çox danışmaq istəməzdim. Həqiqətən bu gün rəqibdən zəif çıxış etdik. "Keşlə" daha istəkli idi. Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik. Erkən qol buraxdıq və sonradan görüşün gedişatını dəyişməyi bacarmadıq.
 
Heyəti qurmaqda çətinlik çəkirdik. Qışdan sonra zədəli futbolçularımız çox olub. Bu gün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşdüyümüz durumdan çıxmağa çalışacağıq. çempionatın əvvəlindən durumumuz bəlli idi. Hər mövqedə rəqabət yaratmağa çətinlik çəkirik. Bu görüşü tez unutmalıyıq, rəqibi də qələbə münasibəti ilə təbrik edirəm. ötən il əvəzedici heyətimiz olmayıb. Biz klubun ayaqda durması üçün çətinliklər çəkmişik. Hazırda elə gənc və hazır futbolçu yoxdur ki, ona şans verək. Əlimizdə 3-4 legioner var. Bəzi mövqelərdə yerli futbolçu da tapmaqda çətinlik çəkirik.
 
Bu oyun bir neçə futbolçu üçün siqnal idi. Növbəti mövsüm komandada qalmaq istəyirlərsə, digər matçlarda özlərini yaxşı tərəfdən göstərməlidirlər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest