15 Mart 2022, 11:20
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
	"Sabah" Premyer Liqada 25-ci ev məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bu, 19-cu tura təsadüf edib. 
	"Qarabağ"ı qəbul edən Bakı klubu 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi öz meydanındakı 47-ci matçda 25-ci dəfə xalsız qalıb. "Sabah" ilk ev məğlubiyyətini 2018-ci il avqustun 19-da "Sumqayıt"dan alıb – 1:4.
	Qeyd edək ki, bakılılar evdə 25 və daha çox oyunda uduzan 23-cü komanda olub. Antirekord "Turan"a məxsusdur. Tovuz klubu 78 dəfə öz meydanında xalsız qalıb.
				
         	
                                             
               
            
 










