20 Mart 2022, 12:08
                
                
                
                                MPL 
                                
                
               
              Kadi Borges "Qarabağ"da 10-cu qolunu vurub. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın 20-ci turunun "Zirə" ilə oyununa təsadüf edib.
				 
 
	Kadi Borges "Qarabağ"da 10-cu qolunu vurub. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın 20-ci turunun "Zirə" ilə oyununa təsadüf edib.
	3:0 hesabı ilə qalib gələn Ağdam klubunun heyətində iki dəfə fərqlənən yarımmüdafiəçi öncə yubiley qoluna, sonra 11-ci topa imza atıb. Komandasında 33 matç keçirən Kadinin orta məhsuldarlığı 0.33-ə bərabərdir. O, Premyer Liqada 6, Konfrans Liqasında 5 dəfə rəqib qapısına yol tapıb.
	2021-ci ilin yayında Ağdam klubuna keçən Borges bütün qollarını cari mövsümdə vurub. O, bu mövsüm "Qarabağ"da 10 və daha çox qol vuran ikinci futbolçu olub. Braziliyalı qol sayında Abdullah Zubirə çatıb.
				
         	
                                             
               
            
 







_1762260863.jpg)


