04 Aprel 2022, 11:59
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
	"Qarabağ" Azərbaycan çempionatlarında 80-ci böyükhesablı ev qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın 21-ci turuna təsadüf edib.
	Yarışın lideri öz meydanında "Səbail"ə 5:1 hesabı ilə qalib gəlib. Ağdamlılar 1992-ci ildən təşkil olunan yarışda bunadək 79 ev görüşündə 3 və ya daha çox top fərqi ilə qələbə qazanmışdı.
	"Qarabağ"ın evdəki ilk belə qələbəsi 1992-ci ilə təsadüf edib. Mayın 6-da keçirilən 2-ci turun görüşündə ağdamlılar Kürdəmir "Şirvan"ını 6 cavabsız qolla məğlubiyyətə uğradıb.
	Qeyd edək ki, ötən tur "Zirə"ni rəqib meydanında 3:0 hesabı ilə yenən "Qarabağ" səfərdə 40-cı dəfə böyükhesablı qələbəyə sevinib.
				
         	
                                             
               
            
 







_1762260863.jpg)


