25 Aprel 2022, 10:18
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
	"Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib. Matc.az xəbər verir ki, bu yubiley Premyer Liqanın 24-cü turuna təsadüf edib.
	"Neftçi" ilə ev matçı Hacıyev üçün 100-cü sınaq olub.
	2018-ci ilin yayından Bakı təmsilçisini çalışdıran mütəxəssisin yetirmələri 4 mövsüm ərzində 26 qələbə qazanıb. "Səbail" Hacıyevin rəhbərliyi altında 21 heç-heçə edib və 53 dəfə uduzub.
	Qeyd edək ki, bu matçda "Səbail" 0:1 hesabı ilə uduzub.
				
         	
                                             
               
            
 


_1762210118.jpg)







