"Qarabağ" sabah Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Sabah"la qarşılaşacaq

"Qarabağ" sabah Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Sabah"la qarşılaşacaq. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda baş tutacaq bu oyun üçün bilet satışı həyata keçirməyəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bunun Ramazan Bayramı ilə əlaqədar olduğu diqqətə çatdırılıb:
 
"Sabahkı oyuna girişi biletsiz etdik. Bayram gününə özəl olaraq stadiona giriş pulsuz olacaq. 9-a doğru birlikdə addımlayaq!"
 
Sabah "Azərsun Arena"da baş tutacaq "Qarabağ" – "Sabah" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest