Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Şamaxıda eyniadlı komanda "Səbail"i qəbul edib. Bu oyunda hesab açılmayıb.

Digər qarşılaşmada lider "Qarabağ" "Sabah"ı qəbul edib. 58 xala malik olan "köhlən atlar"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edirdi. 35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindəydi. Qarşılaşma heç-heçə bitib və Ağdam klubu tarixində 9-cu dəfə Azərbaycan çempionu olub.

Azərbaycan Premyer Liqası, XXV tur
3 may

"Şamaxı" – "Səbail" 0:0
Şamaxı şəhər stadionu. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov. 
"
Şamaxı": 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov.
Baş məşqçi: Rüstəm Əliyev.

"Səbail": 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.


"Qarabağ" – "Sabah" 1:1
Qol: K.Borges, 47 - K.Da Silva, 60.
Qırmızı vərəqə: P.Andrade, 59.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı. 
"Azersun Arena"

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 11. Xayme Romero, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustəm Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriqes, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulla Xaybulayev.
Baş məşqçi: Murad Musayev.


​Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest