"Şamaxı"nın baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Şamaxı"nın baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
 
"Qalib gələ bilmədiyimiz üçün məyus olduq. Amma komandamın döyüşkənliyini gördüm. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Səbrli olmaq, məğlubiyyətləri unutdurmaq lazımdır. Gələcəkdə bundan da yaxşı oynamağa çalışacağıq".
 
Mütəxəssis matçın sonlarındakı mübahisəli epizoda da toxunub: "Biz də kənardan elə gördük ki, top rəqibin əlinə dəydi. Yenə də epizoda təkrar baxmaq lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest