Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə "Zirə" avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən biri olan "Qəbələ" ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda 3 cavabsız qola üzülüblər.

Turun qapanış matçı isə "Sumqayıt"la "Neftçi" arasında keçirilib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Xatırladaq ki, ilk oyun günündə baş tutan "Şamaxı" – "Səbail" (0:0) və "Qarabağ" – "Sabah" (1:1) matçlarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
25-ci tur
4 may

"Zirə" – "Qəbələ" 0:3
Qol: F.Lopes, 26. R.Utziq, 45. O.Hani, 81.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Zirə İdman Kompleksinin stadionu, 17:45.

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 32. Qismət Alıyev (k), 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios çantakias, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 18. Mehrac Baxşalı.
Baş məşqçi: Elmar Baxşıyev.

"Sumqayıt" – "Neftçi" 0:2
Qol: T.Bezerra, 12; 62.
Qırmızı vərəqə: C.Xocaniyazov, 19.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev.
Sumqayıt. "Kapital Bank Arena", 20:00.

Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 91. Anatoli Nuriyev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev.
Baş məşqçi: Aleksey Baqa.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 44. Seymur Əliyev, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest