"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Zirə" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, "Sabah"la görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, həmişə Rəşad Sadıqovun komandasına qarşı oyuna fərqli hazırlaşırlar:
 
"Rəşadın komandasına qarşı oyun aqressiv alınır. Bu cür də hazırlaşacağıq. Mənim üçün maraqlı olacaq. Rəşad çox düşünən, ideyaları olan insandır. Həyatda və idmanda da belədir. Bəlkə bir komandaya analiz üçün bir gün vaxt ayırıramsa, Rəşadın komandasına üç gün vaxt ayırıram. Rəşada qarşı oynamaqdan zövq alıram. Həmin oyuna hələ vaxt var. Həvəslə hazırlaşıb, həvəslə oynayacağıq".
 
Qeyd edək ki, final matçı mayın 27-də Qəbələdə keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest