"Zirə" indiyədək bir dəfə avrokuboklarda mübarizə aparıb. Paytaxt təmsilçisi 2017-2018 mövsümündə - Ayxan Abbasovun baş məşqçiliyi ilə ölkəmizi Avropa Liqasında təmsil edib.

ölkəmizi avrokuboklarda təmsil edəcək daha bir komandanın adı bu gün dəqiqləşə bilər. Matc.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXV turunda "Qəbələ"ni qəbul edəcək "Zirə" qələbə sayədində ən azı 4-cü yeri özü üçün təmin edəcək. Bununla, Rəşad Sadıqovun komandası Konfrans Liqasında iştirak hüququ qazanacaq.
 
Oyun saat 17:45-də başlayacaq.
 
"Zirə" indiyədək bir dəfə avrokuboklarda mübarizə aparıb. Paytaxt təmsilçisi 2017-2018 mövsümündə - Ayxan Abbasovun baş məşqçiliyi ilə ölkəmizi Avropa Liqasında təmsil edib. Komanda ilk mərhələni keçsə də, 2-ci raundda uduzaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, artıq yeni mövsüm üçün "Neftçi" Konfrans Liqasına, "Qarabağ" isə çempionlar Liqasına vəsiqə təmin edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest