Azərbaycan Premyer Liqasının 25-ci turunun "Zirə" - "Qəbələ" oyunundan (0:3) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, o, qalib gəldikləri matçla bağlı bu fikirləri səsləndirib

Azərbaycan Premyer Liqasının 25-ci turunun "Zirə" – "Qəbələ" oyunundan (0:3) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, o, qalib gəldikləri matçla bağlı bu fikirləri səsləndirib:
 
"Hər iki komanda üçün ağır oyun oldu. Hər iki komanda xarakter göstərdi. Lakin bu hesab heç kimi aldatmasın. "Qəbələ" həmişə çempionat ərzində meydanda iddiasını göstərib. Uduzduğumuz oyunlarda da komandamdan razı qalmışam. Mövsüm ərzində necə idisə, bu gün də uşaqlar tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur. çemionatı layiqli şəkildə bitirməyə çalışacağıq. İndi avrokubok yox, "Neftçi"yə qarşı növbəti matç barədə düşünürük".
 
Baxşıyev komandada maliyyə probleminin olduğunu etiraf edib: "Əlbəttə, maliyyə klubun hər şeyidir. İnanıram ki, bu, komandamıza az təsir edəcək və sonadək xarakter göstərəcəyik. Bizi rəqiblər düşündürmür. Əsas fikrimiz öz oyunlarımızadır. Mövsümün sonu necə olacaq, heç kim bilmir".
 
Mütəxəssis iki aya yaxındır qələbə qazana bilməmələrinin səbəbini də açıqlayıb: "Səbəblər müxtəlif ola bilər. Məsələn, maliyyə problemi də əlavə təzyiqlər yarada bilər. özünüz də görürsünüz ki, heyətimiz çox kasaddır. Cəzalı və zədəlilərimiz çox olur. Optimal heyəti yığdıqda meydanda daha əzmkar oluruq. Qara zolaqda deyildik. Sadəcə, optimal heyətlə çıxış edə bilmirdik".
 
Baş məşqçinin sözlərinə görə, komanda olaraq hakimlik haqqında ən sonda düşünürlər: "Daha çox futbolçularıma güvənirəm, inanıram ki, peşəkarlıqlarını sona kimi qoruyacaqlar. Lehimizə də, əleyhimizə də hakim qərarları olur. Dünya futbolunda belə hallar müşahidə olunur. Bunun üstündə dayanmaq fikrimiz yoxdur. Bizim kimi, hakimlər də səhv etməlidirlər".
 
Baxşıyev oyunun gedişində zədələnən Urfan Abbasovun durumundan da söz açıb: "Əvvəlki zədəsini təzələdi. çarpaz bağlarında ikinci dərəcəli zədə var. ümid edirik ki, qısa müddətə qayıdacaq. Adının "Neftçi" və "Sabah" kimi klublarla birgə hallanmasına gəlincə, əvvəlcə çempionatı sona çatdıraq. Kollektiv çox mehribandır. İnanıram ki, komandanın bir yerdə qalması üçün hər bir şərait yaradılacaq".
 
"Qəbələ"nin UEFA Konfrans Liqasına vəsiqə qazanmaq şanslarını dəyərləndirən mütəxəssis bildirib ki, büdcənin geniş olması komandanın avrokuboklarda yaxşı çıxış etməsinə səbəb olar: "Buna ən çox mən sevinərəm. Mövsüm ərzində 14-15 futbolçu ilə oynayırıq. İnanırıq ki, hər şey yaxşı olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest