10 May 2022, 10:09
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
	Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunda cəmi 5 qol vurulub. Matc.az xəbər verir ki, 4 oyunun keçirildiyi turda məhsuldarlıq 1,25-ə bərabər olub. Bu, mövsümün antirekordudur.
	"Səbail" – "Sabah" (0:2) və "Sumqayıt" – "Şamaxı" (2:0) görüşlərinin hərəsində iki, "Qəbələ" – "Neftçi" (1:0) qarşılaşmasında bir qol vurulub. "Qarabağ" – "Zirə" matçında isə hesab açılmayıb.
	Bunadək mövsümün antirekordu 17-ci turda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulub.
				
         	
                                             
               
            
 










