“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında Premyer Liqada 250-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, 16-cı turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib.

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında Premyer Liqada 250-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, 16-cı turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib.
 
5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.
 
2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-sində qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.
 
Qeyd edək ki, Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest