Bu gün Premyer Liqada 2021/2022-ci illər mövsümünun - sayca 30-cu mövsümün mükafatlandırma mərasimi keçiriləcək.

Bu gün Premyer Liqada 2021/2022-ci illər mövsümünun - sayca 30-cu mövsümün mükafatlandırma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, 28-ci turun "Qarabağ" - "Neftçi" görüşündən sonra "Azersun Arena"da baş tutacaq tədbirdə "Qarabağ"a çempionluq kuboku və qızıl medallar, "Neftçi"yə gümüş medallar təqdim ediləcək.
 
Cari mövsümün üçüncüsü "Zirə" olacağı halda kluba medallar eyni gündə "Azersun Arena"da, "Qəbələ" olacağı halda qarşıdakı günlərdə veriləcək.
 
"CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq mərasimdə turnirin bombardirinin də mükafatlandırılması nəzərdə tutulur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest