Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın "Turan" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 28 qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Balayevin yeni klubu da artıq məlumdur. Qolkiper yaxın zamanda "Səbail"lə müqavilə imzalayacaq. O, "dənizçilər"lə anlaşıb.
 
Balayev bu ilin əvvəlində "Turan"la 1,5 illik müqavilə imzalamışdı. O, Qazaxıstan klubunda cəmi 1 oyuna çıxıb. Emil ölkə xaricinə məhz “Səbail”dən yollanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest