Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub. Matc.az xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının 1-ci turunun "Sabah" – "Sumqayıt" görüşünə (3:0) təsadüf edib.
 
Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13 mininci qolun müəllifi olub.
 
Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.
 
Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən "Qarabağ" – "İnşaatçı" (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest