"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çox maraqlı oyun alındı. Belə azarkeşlər qarşısında oynamaq futbolçulara zövq verir. Hamımız stadionlarda fanat sayının çox olmasını istəyirik. Tovuz təmsilçisi Azərbaycan futboluna gözəllik gətirən komandalardan biridir. Rəqibə uğurlar arzu edirəm.
 
İki fərqli hissə izlədik. İlk yarıda daha çox topa nəzarəti fikirləşmişdik. İkinci hissədə isə hücumların sayını artıraraq, istədiyimiz nəticəni əldə etdik.
 
Ramon Maçado komandaya yeni qoşulub və tam hazır deyil. O, hardasa 50-60 faiz hazırdır. Kollektivi hiss etməsi üçün onu meydana buraxdıq. Rauf Rüstəmli akademiyamızın yetirməsidir və gələcək vəd edən futbolçudur. Sarı vərəqə aldığı epizodu emosiyalarla əlaqələndirərdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest