Misli Premyer Liqasında 3-cü turun oyun cədvəli məlum olub. Matc.az xəbər verir ki, turun bütün görüşləri "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
 
Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə "Kəpəz" növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.
 
"Qarabağ"ın müraciəti, "Turan Tovuz"un razılıq məktubuna əsasən, "Qarabağ"ın çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun "Turan Tovuz" – "Qarabağ" qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.
 
Misli Premyer Liqası
3-cü tur
19 avqust
 
Şamaxı - Səbail
Şamaxı şəhər stadionu, 16:30.
 
20 avqust
 
Sabah - Neftçi
"Bank Respublika Arena", 20:30.
 
21 avqust
 
Kəpəz - Qəbələ
Qəbələ şəhər stadionu, 18:00.
 
Zirə - Sumqayıt
"Dalğa Arena", 20:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest