"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- 9 ildən sonra Premyer Liqaya qayıtmaq, qələbə qazanmaq böyük sevincdir. Futbolçuları, azarkeşləri təbrik edirəm. Oyunçularım ilk dəqiqədən sona qədər mübarizə apardılar. Fanatlarımız Tovuzda da, burda da möhtəşəm idilər. Yeni komandayıq. Hər bir nəticə ola bilər. "Qəbələ"yə uduzandan sonra oyunçulara da demişdim ki, səbirli olmaq lazımdır. Qarşıdakı oyunlara hazırlaşaçağıq. Bilirsiz ki, "Qarabağ"la oyunumuz təxirə salınıb. Onlara uğurlar arzulayırıq. Digər oyunlara çalışacağıq ki, yaxşı hazırlaşaq.
 
- "Qarabağ"a qarşı oynayan "Səbail"lə bu günkü arasında fərq var idi?
- "Səbail"də də yeni futbolçular var. "Qarabağ"a qarşı çox hücum təşkil edə bilməmişdilər. ümumiyyətlə, "Qarabağ"a qarşı oynamaq çətindir. Fərqli çempionatdır. Mübarizə aparmaq çətin olacaq.
 
- Qoldan sonra Kamal Umudlu ilə nəyisə müzakirə etdiz. Etiraza səbəb nə idi?
- Qoldan sonra Natan Oduvaya sarı vərəqə verdi. Azarkeşlərə tərəf qaçdığı üçün cəzalandı. Standart qaydalar var. Bunlara riayət etmək lazım imiş.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest