Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. Matc.az xəbər verir ki, yığmamız yarımfinalda özbəkistan seçməsi ilə qarşılaşıb.
 
Azərbaycan basketbolçuları yekunda 16-6 hesabıyla qələbə qazanıblar.
 
Milli komanda finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21:10-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest