Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu 184 milyon avro məbləğində borca görə satışa çıxarıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.

Bildirilir ki, "Milan" və "Tuluza" klublarının sahibi olan "RedBird Capital Partners" şirkəti kluba mümkün investisiya qoyuluşu barədə danışıqlar aparır. Komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo isə "Əl-Nəsr"in səhmlərinin 20 faizə qədərini ala bilər.

Səudiyyə Liqasının cari mövsümünün 8 turundan sonra "Əl-Nəsr" 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider "Əl-Hilal"dan 5 xal geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest