Futbol üzrə Rusiya millisinin hücumçusu Artyom Dzyubanın yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu Türkiyənin "Adana Dəmirspor" komandasına keçib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Rusiyalı futbolçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb. Təcrübəli forvard yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.
 
Artyom Dzyuba Moskva "Spartak"ının yetirməsidir. O, Tomsk "Tom"unda, "Rostov"da, Tula "Arsenal"ında və "Zenit"də də çıxış edib. Təcrübəli hücumçu Rusiya yığmasında 55 oyuna çıxıb, 30 qol vurub.
 
"Adana Dəmirspor" "Yeni Malatyaspor"dan yarımmüdafiəçi Berk Yıldızı da transfer edib. 26 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. "Qalatasaray"ın yetirməsi olan futbolçu 2018-2020-ci illər aralığında da icarə əsasında Adana təmsilçisinin uğurları üçün çalışıb. O, "Elazığspor"un da formasını geyinib.
 
"Adana Dəmirspor" müdafiəçisi Tarık çamdal ilə də yollarını ayırıb. 31 yaşlı futbolçu "Tuzlaspor"a keçib. Türkiyə yığmasının sabiq üzvü 2020-ci ildən Adana klubunun uğurları üçün çalışırdı. O, ötən mövsüm 11 oyunda meydana çıxmışdı. Almaniyada dünyaya göz açmış futbolçu, "1860 Münhen", "Əskişəhərspor", "Qalatasaray" və "Antalyaspor"da da oynayıb. Türkiyə millisində 6 oyun keçirən futbolçu 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest