Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində sonuncu oyununu keçirib. Matc.az xəbər verir ki, A qrupunda yer alan yığmamız seçmə mərhələnin son matçında Danimarka kollektivi ilə qarşılaşıb.
 
Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb - 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.
 
Yığmamızın yer aldığı A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlində sonuncu olub.
 
ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
 
Aç-2023-ün təsbifat mərhələsi
A qrupu 
20 avqust 
 
Danimarka - Azərbaycan 3:0 (25:19, 25:19, 25:15)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest