Bu gün Misli Premyer Liqasında IV yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında "Qəbələ" doğma meydanda "Sabah"la üz-üzə gəlib. Maksimum nəticə ilə irəliləyən bu klublardan hansının bu oyundan xal itkisi ilə ayrılacağı maraq doğururdu. çünki qələbə qazanan tərəf vahid lider olacaqdı. Bu, səfərdə 2 cavabsız qola sevinən "Sabah"a qismət olub.

Xatırladaq ki, bu turun daha öncə keçirilən oyunlarında "Neftçi" "Zirə"ni (2:1), "Səbail" "Kəpəz"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (4:0) məğlub edib. "Sumqayıt" – "Turan Tovuz" matçı da qolsuz bitib.

Misli Premyer Liqası
IV tur
28 avqust

"Qəbələ" – "Sabah" 0:2
Qol: D.Volkov, 48. C.L.Mikels, 64.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu. Qəbələ şəhər stadionu, 20:00.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest