Bu gün Misli Premyer Liqasında V tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Son ölkə çempionu "Qarabağ" Qəbələdə "Kəpəz"in qonağı olub. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 9 xalla 2-ci pillədə qərarlaşmışdı. 4 matçın hamısında məğlub olan Gəncə təmsilçisi isə sonuncu – 10-cu yerdəydi.

Bu oyunda isə Ağdam təmsilçisi minimal hesabla qalib gəlib. Baxmayaraq ki, "meydan sahibləri" demək olar ki, bir hissə azlıqda oynayıblar.

Bu turun "Şamaxı" – "Turan Tovuz" və "Neftçi" – "Sumqayıt" oyunları sentyabrın 3-də, "Sabah" – "Səbail" və "Zirə" – "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Misli Premyer Liqası
V tur
1 sentyabr

"Kəpəz" – "Qarabağ" 0:1
Qol: A.Zubir, 44.
Qırmızı vərəqə: T.Rzayev, 50.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: ömər Paşayev.
Qəbələ şəhər stadionu.

Kəpəz: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 72. Zahid Mərdanov, 97. Nicat Məmmədov, 6. Nemət Musayev, 17. ümid Səmədov, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze.
Məşqçi: Xaliq Mərdanov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 11. Kvabena Ovusu, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest