"Kəpəz" Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün qarşılaşacağı "Qarabağ"la oyuna itkilərlə çıxacaq

"Kəpəz" Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün qarşılaşacağı "Qarabağ"la oyuna itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, ötən tur "Səbail" ilə qarşılaşmada qırmızı vərəqə alan Tural Axundov və Rauf Əliyev cəzalı duruma düşüb.
 
Zədəlilərdən Peyman Keşavarzinin durumu yaxşıdır. Onun oynayıb-oynamayacağı ilə bağlı qərarı məşqçilər verəcək. Zədədən yeni dönən Yeqor Xvalko isə həftəboyu fərdi hazırlıq keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest