"Kəpəz"i Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün baş tutacaq "Qarabağ"la oyuna çıxaracaq Xaliq Mərdanov qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Rəqib həddindən artıq güclü komandadır. Digər klublardan fərqli futbol oynayırlar, Avropa futbolu nümayiş etdirən komandadır. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Əlimizi-qolumuzu yanımıza sallamayacağıq. Qorxaq futbol yox, ehtiyatlı futbol oynayacağıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar. İtkilərimiz də var. Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcəklər. Oyuna hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq vardı. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest