Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk görüşündə "Sabah" "Səbail"i qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. Beləcə, "Sabah" ardıcıl 4 qələbədən sonra ilk xal itkisi ilə üzləşib.

Turun sonuncu matçı isə "Zirə" ilə "Qəbələ" arasında baş tutub. üç qolun qeydə alındığı bu matçda isə meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Qarabağ" səfərdə "Kəpəz"i, "Turan Tovuz "Şamaxı"nı eyni hesabla yenib – 1:0. "Neftçi" isə öz meydanında "Sumqayıt"ı darmadağın edib – 3:0.

Misli Premyer Liqası
5-ci tur
4 sentyabr

"Sabah" – "Səbail" 0:0
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
Masazır. "Bank Respublika Arena".

Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 5. Petro Stasyuk, 4. Maksim çex.
Baş məşqçi: Mahmud Qurbanov.

"Zirə" – "Qəbələ" 2:1
Qol: R.Sadıxov, 45; 74 – İ.Alimi, 35-pen.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
Mərdəkan. "Dalğa Arena".

Zirə: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest