Bu gün Misli Premyer Liqasında 6-cı turun daha 2 oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında olub.

Bu oyundan öncə "ağ-qaralar" 12 xalla 3-cü, "qırmızı-qaralar" isə 9 xalla 5-ci idi. Hesabı meydan sahiblərinin açdığı bu oyunda qonaqlar əzmkar qələbəyə seviniblər. Nəticədə "Neftçi" liderliyə yüksəlib.

Günün son matçında "Səbail" "Zirə"ni qəbul edib. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşmışdı. 7 xalı olan "qartallar" 6-cı, rəqibindən 2 xal az toplayan "dənizçilər" 5-ci yerdə gedirdi. Bu oyunda da qapılara 3 qol vurulub və yekunda qonaqlar qələbə qazanıblar.

Turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" – "Şamaxı" və "Qarabağ" – "Sabah" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
VI tur
10 sentyabr

"Qəbələ" – "Neftçi" 1:2
Qol: M.İsayev, 31 – A.Caber, 46; 53.
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

"Səbail" – "Zirə" 1:2
Qol: A.Ramazanov, 13 – D.çantakias, 5. S.Taşkın, 33.
Qırmızı vərəqə: T.Bayramlı, 72 (ikinci sarı).
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov
"ASCO Arena".

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 4. Maksim çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Zirə: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest