Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Aç-2023-ün seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada rəqib Avstriya yığması olub.
 
Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibinə qalib gəlib - 3:1 (25:14, 25:20, 23:25, 25:15)
 
Beləliklə, Azərbaycan millisi qrup ikinciliyini və Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Komandamız ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
 
Xatırladaq ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest