Kişi voleybolçulardan ibarət "Murov" komandası Polşaya yollanıb. Matc.az xəbər verir ki, 2022/23 mövsümündə Azərbaycanı çağırış Kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək.
 
Hazırlıq prosesində "Murov"un yerli komandalarla bir neçə yoxlama matçı da planlaşdırılır.
 
"Murov" çağırış Kubokunun 1/32 final mərhələsində Xorvatiya "Kitro Varazdin"i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest