"Kəpəz" bu gün Premyer Liqanın 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, Əfran İsmayılov və Samir Məhərrəmli zədə səbəbindən tarixi derbidə komandaya kömək edə bilməyəcək.
 
Əli Səmədov isə zəif oyuna görə əvəzedici heyətə göndərilib.
 
Bu gün Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" – "Neftçi" matçına saat 15:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest