31 Oktyabr 2022, 12:33
                
                
                
                                MPL 
                                
                
               
              Davit "Qəbələ" ilə ev görüşündə komandasının qələbə topunu vurub - 2:1.  Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, "Qəbələ"də 7, "Zirə"də 20, "Sabah"da 3 qola imza atıb.
				  
 
	"Sabah"ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub. Matc.az xəbər verir ki, gürcüstanlı legionerin yubileyi Misli Premyer Liqasının XII turuna təsadüf edib.
	Davit "Qəbələ" ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1.  Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, "Qəbələ"də 7, "Zirə"də 20, "Sabah"da 3 qola imza atıb.
	Qeyd edək ki, Davitin ilk topu 2019-cu il aprelin 14-də "Keşlə" – "Qəbələ" matçına (1:2) təsadüf edib.
				
         	
                                             
               
 
             
 















