07 Noyabr 2022, 12:16
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	Misli Premyer Liqasının III turundan təxirə salınmış "Turan Tovuz" – "Qarabağ" oyunu noyabrın 9-da keçiriləcək. Matc.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutacaq və saat 14:30-da başlayacaq qarşılaşmanın biletləri satışa çıxarılıb.
	Tovuz klubundan verilən məlumata görə, biletin qiyməti 2 AZN təşkil edir. Biletləri bu gündən etibarən stadionun kassalarından əldə etmək olar.
				
         	
                                             
               
 
             
 















