ülvi İsgəndərov "Qəbələ"nin heyətində 15-ci qolu vurub. Matc.az xəbər verir ki, o, Misli Premyer Liqasının XIII turunun "Zirə" ilə ev matçında yubiley topuna imza atıb.
 
25 yaşlı hücumçu 90+3-cü dəqiqədə meydanın mərkəzindən vurduğu baxımlı qolla "qırmızı-qaralar"a 1:0 hesablı qələbə qazandırıb. ülvi "Qəbələ"nin heyətində meydana çıxdığı 87-ci rəsmi matçda 15-ci dəfə rəqib qapısına yol tapıb.
 
O, klub tarixində 15 və daha çox qol vuran 16-cı futbolçudur. Bombardirlər cədvəlinə isə 33 topla Viktor Mendi başçılıq edir.
 
Qəbələ şəhər stadionundakı qarşılaşma İsgəndərovun Premyer Liqada komandamızın heyətində yubiley – 75-ci matçı olub. O, bu görüşlərdə 12-ci dəfə fərqlənib. Hücumçu digər üç qoluna ölkə kubokunda imza atıb.
 
Xatırladaq ki, ülvi "Qəbələ"də ilk qolunu 2017-ci il noyabrın 29-da Azərbaycan kubokunun "Mil-Muğan"la oyununda (8:0) vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest