10 Noyabr 2022, 11:55
                
                                MPL 
                                
              Misli Premyer Liqasının III turunun "Turan Tovuz"la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Qarabağ"ın heyətində çempionatda 200-cü matçına çıxıb.
				  
	Hüseynov Ağdam klubunun heyətində 2012/13 mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.
	Müdafiəçi üç gün öncə daha bir yubileyini qeyd edib. XIII tur Bədavinin "Qarabağ"da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.
	Hüseynov "Qarabağ"ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.