10 Noyabr 2022, 12:17
                
                
                
                                MPL 
                                
                
               
              Misli Premyer Liqasının III turundan təxirə salınan "Turan Tovuz" - "Qarabağ" oyunu rekordla əlamətdar olub. Matc.az xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
				  
 
	Misli Premyer Liqasının III turundan təxirə salınan "Turan Tovuz" – "Qarabağ" oyunu rekordla əlamətdar olub. Matc.az xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
	Bunadək ən çox tamaşaçı I turun "Turan Tovuz" – "Qəbələ" (0:2) və III turun "Sabah" – "Neftçi" (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5500 tamaşaçı olub.
	Təxirə salınan görüşü də nəzərə almaqla III turdakı seyrçi sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da I turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.
				
         	
                                             
               
 
             
 















