11 Noyabr 2022, 13:02
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	"Qəbələ" Misli Premyer Liqasının XIV turunda Bakıda "Neftçi"nin qonağı olacaq. Matc.az xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq matç rəqiblərin 62-ci dueli olacaq.
	Komandalar indiyədək 61 dəfə qarşılaşıblar. Aktivində 18 qələbə olan "Qəbələ" 16 heç-heçə edib və 27 dəfə məğlub olub. Rəqib qapısına 74 top vuran "Qəbələ" futbolçuları 89 qol buraxıblar.
	Noyabrın 12-də keçiriləcək oyun Premyer Liqa çərçivəsində 57-ci qarşılaşma olacaq. Əvvəlki 56 matçda 17 qələbəsi olan bu komanda 13 dəfə bir xalla kifayətlənib və 26 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan "qırmızı-qaralar" 84 top buraxıb.
	"Neftçi" ilə səfərdə 31-ci dəfə görüşəcək "Qəbələ" rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 13 dəfə uduzub. "Qəbələ" səfərdə 36 qol vurub, 43-nü buraxıb.
	Xatırladaq ki, noyabrın 12-də "Bakcell Arena"da keçiriləcək matç 18:30-da başlayacaq.
				
         	
                                             
               
 
             
 















