27 Noyabr 2022, 22:29
                
                
                
                                MPL 
                                
                
               
              Premyer Liqa çərçivəsində baş tutan 40 görüşdə 23 dəfə üç xal qazanan "Qəbələ" 12 sülhə imza atıb. 5 matçda isə "Sumqayıt" qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 64-29-dur.
				  
 
	"Qəbələ" Premyer Liqanın 15-ci turu çərçivəsində "Sumqayıt"la üz-üzə gələcək. Matc.az xəbər verir ki, Sumqayıtda baş tutacaq qarşılaşma iki rəqib arasında 44-cü duel olacaq. 
	Komandalar indiyədək 43 dəfə qarşılaşıb. "Qırmızı-qaralar" əvvəlki matçlarda böyük üstünlüyə malikdir. Hesabında 25 qələbə olan "Qəbələ" 13 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 67 top keçirən bu komanda 30 qol buraxıb. "Sumqayıt"ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. Son 6 görüşdə meydandan qolsuz ayrılmayan "Qəbələ" 7 oyundur rəqibinə uduzmur.
	Premyer Liqa çərçivəsində baş tutan 40 görüşdə 23 dəfə üç xal qazanan "Qəbələ" 12 sülhə imza atıb. 5 matçda isə "Sumqayıt" qalib gəlib. çempionat oyunlarındakı top fərqi 64-29-dur.
	Səfər matçlarında da üstünlüyə malik olan "qırmızı-qaralar" rəqib meydanındakı 20 oyunda 9 dəfə qalib gəlib. 7 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 27 top vuran "Qəbələ" futbolçuları 17 top buraxıblar.
	Xatırladaq ki, noyabrın 29-da keçiriləcək "Sumqayıt" - "Qəbələ"  matçına saat 16:30-da start veriləcək.
				
         	
                                             
               
 
             
 















