30 Noyabr 2022, 10:46
                
                
                
                                MPL 
                                
                
               
              Misli Premyer Liqasının XV turu "Qarabağ"ın futbolçusu Kevin Medina üçün əlamətdar olub. Matc.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.
				  
 
	Misli Premyer Liqasının XV turu "Qarabağ"ın futbolçusu Kevin Medina üçün əlamətdar olub. Matc.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.
	Onun yubileyi "Zirə" ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb.
	Kevin bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.
	Premyer Liqada 2020/21 mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda 7 oyun keçirib.
				
         	
                                             
               
 
             
 















