30 Noyabr 2022, 11:04
                
                
                
                                MPL 
                                
                
               
              "Neftçi" Misli Premyer Liqasının 15-ci turunda "Səbail"lə qarşılaşıb. Matc.az xəbər verir ki, "ağ-qaralar" ev oyununda 3:1 hesablı qələbə qazanıb.
				  
 
	"Neftçi" Misli Premyer Liqasının 15-ci turunda "Səbail"lə qarşılaşıb. Matc.az xəbər verir ki, "ağ-qaralar" ev oyununda 3:1 hesablı qələbə qazanıb.
	Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. "Neftçi" bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.
	Qeyd edək ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.
				
         	
                                             
               
 
             
 















