30 Noyabr 2022, 14:37
                
                
                
                                MPL 
                                
                
               
              "Sabah"ın futbolçusu Davit Volkov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, gürcüstanlı hücumçunun yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.
				  
 
	"Sabah"ın futbolçusu Davit Volkov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, gürcüstanlı hücumçunun yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.
	"Turan Tovuz"la səfər görüşündə sonradan meydana çıxan gürcü legioner 100-cü qarşılaşmasını keçirib. Onun hesabında 30 qol var.
	Volkov Premyer Liqada 2019-cu ilin əvvəlində debüt edib. O, "Qəbələ"də 27 (7 qol), "Zirə"də 58 (20 qol) və "Sabah"da 15 (3 qol) oyunda meydanda olub.
	"Sabah" səfər matçında 1:0 hesablı qələbə qazanıb.
				
         	
                                             
               
 
             
 




_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)


