03 Dekabr 2022, 10:37
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	"Qəbələ" Misli Premyer Liqasının XVI turunda "Səbail"lə görüşəcək. Matc.az xəbər verir ki, bu komandaların oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.
	Bu görüş rəqiblər arasında 23-cü duel olacaq. Əvvəlki 22 oyunda "Qəbələ" üstünlüyə malikdir. 12 qələbəsi olan "qırmızı-qaralar"5 görüşdən sülhlə ayrılıb və eyni sayda matçda uduzub. 40 qol vuran komanda 22 top buraxıb. Baqali Dabo "Səbail"ə daha çox - 6 qol vurub. 
	"Qırmızı-qaralar" paytaxt təmsilçisi ilə 20 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 10 qələbə qazanan əyalət təmsilçisi 5 dəfə bir xalla kifayətlənib. Digər 5 oyunda "Səbail" qalib gəlib. 35 qol vuran "Qəbələ" 20 top buraxıb.
	"Qəbələ" 11-ci dəfə "Səbail"lə öz meydanında üz-üzə gələcək. İndiyədək komanda evdəki 10 görüşdə uduzmayıb. 7 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 22 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. "Qırmızı-qaralar" ev oyunlarını qolsuz tərk etməyib.
	Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Səbail" matçı saat 14:30-da başlayacaq.
				
         	
                                             
               
 
             
 



_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)



