Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub. Matc.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışın nəticələrinə əsasən 2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsindən Ləman Abdulhəmidova, oğlanların yarışından isə Kənan Pənahov qalib ayrılıb.
 
2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
 
2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova – Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov – Tahir Qubadov tandemi qələbə qazanıb. 
2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıb. 
 
Qarışıq qoşa turnirində 2004-2007-ci il təvvəllüdlülərdən Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008 və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə çalıb. 
 
Xatırladaq ki, 2004-2007-ci il yaş qrupu üzrə komanda mübarizəsində həm oğlanların, həm də qızların yarışından Təhsil RİM qalib ayrılıb. 2008-ci il və küçik təvəllüdlülərdən isə qızlardan ibarət Sumqayıt 1 saylı İOEUGİM, oğlanlardan ibarət Təhsil RİM qələbə çalıb. 
 
Fərqlənən idmançılara AGİN-in diplomları və ASTF-nin medal və qiymətli hədiyyələri təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest