Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib. Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.

Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib.  Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.
 
“Qəbələ” ilə səfər qarşılaşması (1:2) onun üçün 100-cü matçla əlamətdar olub.
 
Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.
 
Onun debütü də “Qəbələ”yə qarşı səfərdəki matçda gerçəkləşib. Rahid 2018-ci il avqustun 12-də keçirilən görüşdə (0:3) meydana çıxıb.
 
Qeyd edək ki, Rahid “Səbail”in heyətində Premyer Liqada 100 oyun keçirən ilk futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest